Stiven Kinq

(21.09.1947)

Amerika yazıçısı və ssenaristi. ABŞ-ın Men ştatının Portlend şəhərində anadan olub. Men ştatının universitetini ingilis ədəbiyyatı ixtisası üzrə bitirib. Stiven Kinq müxtəlif janrlarda, o cümlədən qorxu, triller, fantastika, mistika, dram janrlarında əsərlər yazır. Onu bəzən "Qorxular kralı" da adlandırırlar. Stiven Kinqin əsərlərinin motivləri, eləcə də yazdığı ssenarilər əsasında çoxlu bədii filmlər, televiziya tamaşaları, komikslər çəkilib. Onun bu günə qədər çapdan çıxmış 55 romanından 7-si Riçard Baxman təxəllüsü ilə yazılıb. Stiven Kinq çoxsaylı ədəbiyyat mükafatları ilə təltif olunub.

46 kitab