Qabriel Qarsia Markes

 (06.03.1927 – 17.04.2014) Kolumbiya yazıçısı, jurnalist, naşir və siyasi xadim. Nobel mükafatı laureatı. “Sehrli realizm” ədəbi cərəyanının nümayəndəsidir. XX əsr ədəbiyyatının klassiklərindən hesab olunur. İki universitetin məzunudur. Hüquq və jurnalistika üzrə ali təhsil alıb. Jurnalıstıka sahəsində çalışıb, kino ssenariləri yazıb. Markes daim kommunist hərəkatının təəssübkeşi olub. Kubanın “Prensa Latina” xəbərlər agentliyinin yaradıcısıdır. İlk hekayəsini ötən əsrin 40-cı illərində çap etdirib. Ona yazıçı kimi şöhrət qazandıran 1967-ci ildə yazdığı “Yüz ilin tənhalığl” romanı olub. 1982-ci ildə dünya ədəbiyyatındakı xidmətlərinə görə Nobel mükafatına layiq görülüb. Ən məşhur əsərləri: “Polkovnikə məktub yoxdur” (1968), “Patriarxın payızı” (1977), “Gözlənilən bir qətlin tarixçəsi” (1981), “Taun vaxtı məhəbbət” (1988).

34 kitab