Orxan Pamuk

Müasir türk yazıçısı. 7 iyun 1952-ci ildə anadan olub. İstanbul universitetini jurnalist ixtisası üzrə bitirib. Ədəbiyyat sahəsində bir çox milli və beynəlxalq mükafatların, o cümlədən Nobel mükafatının laureatıdır. Türkiyədə və onun hüdudlarından xaricdə populyarlıq qazanıb. Əsərləri 50-dən artıq dilə tərcümə olunub. İlk işləri 1974-cü ildən etibarən nəşr olunmağa başlayıb. Onun ilk iri həcmli əsəri “Cevdət bəy və oğulları” (1982) romanıdır. Yazıçını vətənindən xaricdə məşhur edən əsər isə “Bəyaz qala” (1985) romanı olmuşdur. 2006-cı ildə Orxan Pamuk ədəbiyyat sahəsindəki xidmətlərinə görə Nobel mükafatına layiq görülmüşdür.