Ernest Heminquey

(21.07.1899 - 02.07.1961) XX əsrin ən məşhur amerika yazıçılarından biri, jurnalist, Nobel mükafatı laureatı. Ernest Heminquey bir tərəfdən yaratdığı əsərlərlə, digər tərəfdən isə macəra və gözlənilməz hadisələrlə zəngin olan ömrü ilə şöhrət qazanmışdır. Onun qısa və olduqca dolğun olan ədəbi üslübü XX əsr ədəbiyyatına əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Ernest Heminquey iki dünya müharibəsinin iştirakçısı olmuşdur. I dünya müharibəsində Qırmızı Xaç komitəsinin könüllü sürücüsü kimi fəaliyyət göstərmiş, 1918-ci ildə hər iki ayağndan ağır yaralanmlışdır. 1941-1943-cü illərdə Kubada nasist casuslarına qarşı əks-kəşfiyyat təşkil etmişdir. 1944-cü ildə bombardmançı təyyarələrin Almaniya və Fransa üzərində döyüş uçuşlarında, sayı 200-ə çatan fransız partizan dəstəsinin başçısı kimi isə Paris, Belçika və Elzas əyaləti uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 1954-cü ildə Ernest Heminquey dünya ədəbiyyatına bəxş etdiyi əvəzsiz töhfələrinə görə Nobel mükafatlna layiq görülmüşdür. 1961-ci il iyul ayının 2-də, qara ciyər serrozundan və depressiyadan əziyyət çəkən Heminquey, ov tüfəngindən atəş açaraq intihar etmişdir.

19 kitab