Ömər Xəyyam

(1048 – 1131) Tam adı – Qiyasəddin Əbu əl-Fəth Ömər ibn İbrahim Xəyyam Nişapuri. Dahi fars şairi, riyaziyyatçı, astronom və filosof. Şərqdə və ələxsus Qərbdə özünün müdriklik, yumor və satira dolu, bəzən də bir qədər qaba səslənən rübailəri ilə məşhurdur. Ömər Xəyyam həm də bütün dövrlərin ən böyük riyaziyatçılarından biri olmuş, riyaziyyat və astronomiya elmlərinin inkişafına misilsiz töhfələr vermişdir. Onun Günəş sisteminin heliosentrik nəzəriyyəsini Kopernikdən çox-çox əvvəl irəli sürməsi də bildirilir.