Aleksandr Puşkin

1799-1837


Müasir rus ədəbiyyatının banisi, dahi şair və dramaturq Aleksandr Puşkin Moskvada anadan olmuşdur. İlk şeirini on dörd yaşında yazmışdır. O, liseyi bitirdiyi illərdə artıq şair kimi məşhurlaşmışdı. A.Puşkin rus ədəbi dilini təkmilləşdirmiş, onu xalq ifadələri hesabına zənginləşdirmişdir. A.Puşkin 1837-ci il yanvarında duel zamanı ölümcül yaralanmış və iki gündən sonra vəfat etmişdir. Cəmi 37 il ömür sürməsinə baxmayaraq özündən sonra zəngin ədəbi irs qoyub getmişdir. Şairin doğum günü olan 6 iyun tarixi dünyada “Rus dili Günü” kimi qeyd olunur. 
Əsərləri:
"Ruslan və Lyudmila"
“Yevgeni Onegin”
"Qafqaz əsiri"
"Baxçasaray fantanı"
"Qaraçılar"
"Tunc atlı"
"Dubrovski"
"Kapitan qızı"
"Motsart və Salyeri"
"Boris Qodunov"
"Böyük Pyotrun ərəbi"
Mərhum İvan Petroviç Belkinin povestləri ("Atəş", "Çovğun",
"Tabutçu", "Stansiya gözətçisi", "Kəndli-xanım")
"Qaratoxmaq qadın"
"Mis atlı"
"Balıqçı və balıq haqqında nağıl"
"Qızıl xoruz haqqında nağıl"
"Ölmüş şahzadə və yeddi pəhləvan haqqında nağıl""
"Su pərisi" və s.

41 kitab