Aqata Kristi

   (1890-1976)

İngilis yazıçısı Aqata Kristi detektiv ədəbiyyatının görkəmli nümayəndəsidir. 60-dan çox detektiv roman, 6 psixoloji roman, 20 pyes və bir çox hekayələrin müəllifidir. Onun əsərlərinin əsas ədəbi personaji detektiv ədəbiyyatının ən sevilən qəhrəmanlarından olan Herkul Puarodur. Aqata Kristi əsərlərinin başqa dillərə tərcüməsinə görə yalnız Şekspirdən geri qalır. Onun "Tələ" pyesi də teatr tarixində ən çox oynanılmış pyesdir. Əsərlərinin ağır cinayətlərin açılması üzərində qurulmasına baxmayaraq, yazıçı zorakılıqların, qanlı hadisələrin təsvirinə həvəs göstərməmişdir. O hesab etmişdir ki, belə səhnələr oxucuda mərhəmət hissini korşaldır. Yazıçı “Detektiv ədəbiyyatın ustadı” adına, Britaniya İmperiyasının Ordeninə və digər mükafatlara layiq görülmüşdür.
Əsərləri:
"Rocer Ekroydun qətli"
"Qolf meydançasında qətl"
"Səssiz şahid"
"Buludların üzərində ölüm"
"Mavi qatarın sirri"
"Siçan tələsi"
"Erkül Puaronun Milad bayramı
"Qəhvəyi kostyumlu kişi"
"Günəş altında şər"
"Şərq ekspresi"ndə qətl"
"On zənci balası və s.