(1959)
Azərbaycanın xalq yazıçısı, ictimai xadim Çingiz Abdullayev Bakıda ziyalı ailəsində anadan olmuşdur. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. O, detektiv janrında yazan ən məhsuldar müasir yazıçılardandır. 200-ə qədər detektiv romanın müəllifidir. Əsərləri 30 dildə 28 milyon nüsxə ilə nəşr olunmuşdur. Yazıçı 14 beynəlxalq mükafata layiq görülmüş, əsərləri əsasında filmlər çəkilmişdir.