İvan Krılov

(1768-1844)

Böyük rus şairi İvan Krılov "Qəhvədan"  "Quduz ailə", "Yazıçı dəhlizdə", "Dəcəllər" və s. kimi komediyalar yazsa da, ən böyük şöhrəti təmsilləri ilə qazanmışdır. O, atalar sözü və məsəllərdən, nağıllardan məharətlə faydalanmış, rus ədəbi dilinin inkişafında mühüm rol oynamışdır. "Kəndli və Qoyun", "Eşşək və Bülbül", "Qurd və Quzu", "Şir və Siçan", "Qarğa və Tülkü", "Donuz palıd ağacı altında" və s. onun ən məşhur təmsilləridir.