Onore de Balzak

(1799 - 1850)

Görkəmli Fransız yazıçısı, XIX sərin Fransa və dünya ədəbiyyatının klassiki. Avropa ədəbiyyatında realizm janrının banilərindən biri hesab olunur. Varlı kəndli ailəsində anadan olub. Onun atası Bernar Fransua Balss (sonradan soyadını Balzak soyadına dəyişdirmişdir) hərbi maddi təchizat sahəsində xidmət etmişdir. Soyadının oxşarlığından istifadə edərək, Balzak özünün Balzak de Antreq zadəgan nəslinə mənsub olmasını uydurmuş və icazəsiz olaraq, soyadının önünə zadəgan nəsillərinə aid olan "de" hissəciyini əlavə etmişdir. 1807-1813-cü illərdə Onore de Balzak Vandom şəhərinin pansionunda, 1846-1849-cu illərdə isə hüquq məktəbində təhsil almış, eyni zamanda notariusda kiçik məmur kimi işləmişdir. Onore de Balzak ədəbi yaradıcılığa təqribən 1820-ci ildən başlamışdır. O, təqribən 9-10 il ərzində, müxtəlif təxəllüslər altında macəra romanları yazmış, kübar cəmiyyətdə davranış qaydaları ilə bağlı nəsihət xarakterli yazılar dərc etdirmişdir. 1831-ci ildə yazdığı "Şaqren dərisi" fəlsəfi romanı Balzaka yazıçı kimi böyük şöhrət gətirmişdir. 1845-ci ildə Onore de Balzak Fransanın ali mükafatı olan Fəxri Legion Ordeninə layiq görülmüşdür. Yazıçı 1850-ci ilin avqust ayında Parisdə vəfat etmişdir.