Cənub fili - Arçil Kikodze

Cənub fili


7.99
Səbətə 0 ədəd əlavə olunub!
Ləğv et və ya Səbətə bax
Səbətə atın
Malın kodu AB
ISBN 9789952364972 
Dili Azərbaycan dili
Nəşriyyat Qanun
Səhifə sayı 272
Cildləmə Yumşaq
Ölçüləri 130x200 mm

Qısa
Məlumat

“Cənub fili” hadisələrin bir günü əhatə etdiyi şəhər həyat tərzində yazılmış romandır. Artıq film çəkməyi dayandırmış bir rejissor öz evini dostuna qızla görüşməsi üçün verir. Həmin ərəfədə isə özü vaxt keçirmək üçün Tbilisi küçələrində gəzişir. Həmin gün o həyatına keçmişi göstərən güzgüdən baxmaq və keçmişini yenidən dəyərləndirməyə imkan tapır. Uşaqlığı, yaşadığı sevgisi, ehtirası, qəzəbi, faciələri hamısı film kadrları kimi gözünün önündən keçir. Qəhrəmanın xatirələri fonunda Gürcüstanın yaxın tarixində baş verən hadisələr canlandırılır: bununla da qəhrəmanın dilindən bəhs edilən hekayələrdə hadisələr kölgə kimi ondan əl çəkmir və baş verənlərə görə özündə məsuliyyət hiss etməyə məcbur edir. Əsərin başqa əsas qəhrəmanı qarışıq münasibətləri, sosial öhdəlikləri olan, bəzən ağır, bəzən yüngül, bəzən xoşbəxt, bəzən faciəvi xarakterli Tbilisidir. Hadisələri təsvir edən qəhrəman şəhərini yaxşı tanıyır və ona nə qədər əzablar çəkdirdiyini bilir. Hadisələr bəzən paytaxtdan kənara – Meeqreliya, Svanteliya şəhərlərinə, bəzən isə Avropa şəhərlərinə kimi gedib çıxır.

Romanın digər mövzusu da var: kinematoqrafiya.