Hekayələr. Ənvər Məmmədxanlı - Ənvər Məmmədxanlı

Hekayələr. Ənvər Məmmədxanlı


5.00
Səbətə 0 ədəd əlavə olunub!
Ləğv et və ya Səbətə bax
Səbətə atın
Malın kodu AU 0329
ISBN 9789952243796
Dili Azərbaycan dili
Nəşriyyat Altun Kitab
Seriya Hekayə ustaları
Yaş qrupu 8+
Nəşr ili 2019
Səhifə sayı 208
Cildləmə Karton
Ölçüləri 130x200 mm

Qısa
Məlumat

XX yüzil Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Ənvər Məmmədxanlı 1913-cü il fevralın 28-də Göyçay şəhərində doğulub. Burada ibtidai məktəbi bitirib. Bakıda öncə N.Nərimanov adına sənaye texnikumunda, sonra isə Azərbaycan neft institutunda iki il qiyabi təhsil alıb, Moskvada Ali kinematoqrafiya institutunda oxuyub.
Ədəbi fəaliyyətə 1930-cu illərdən başlayan yazıçının “Bakı gecələri”, “Əfsanəvi dağlar”, “Karvan dayandı” kimi hekayələri oxucular tərəfindən rəğbətlə qarşılanıb. “Şərqinsəhəri”, “Od içində”, “Şirvan gözəli” adlı dram əsərləri Azərbaycan və xarici ölkə teatrlarında tamaşaya qoyulub. Ssenariləri əsasında “Fətəlixan”, “Leyli və Məcnun”, “Bəxtiyar” kino-novellası, ikiseriyalı “Babək” bədii filmi çəkilib.
Özünə məxsus təhkiyəsi olan yazıçının əsərlərində real həyat mənzərələri ilə yanaşı, romantik əhvali-ruhiyyə, lirik üslub diqqəti cəlb edir. Müəllifin bir çox əsərləri şeir kimi oxunur, elə buna görə onu "şair təbiətli yazıçı" da adlandırırlar.
Ə.Məmmədxanlı 1990-cı ildekabrın 19-da Bakıda vəfat edib. Məzarı fəxri xiyabandadır.

Ənvər Məmmədxanlı Müəllifin digər kitabları