Sifariş

İnternet-mağazamızdan mal sifariş etmək üçün ilk növbədə Qeydiyyat-dan keçmək lazımdır.

Seçdiyiniz mal(lar)ı "Səbətə" yığın. Seçiminizi bitirdikdən sonra "Mənim səbətim" düyməsini basın. Bu səhifədə seçdiyiniz mallar, onların sayı və məbləği qeyd olunacaq. 

"Mənim səbətim" səhifəsində seçiminizə dəyişiklik edə bilərsiniz. Burada hər hansı maldan imtina etmək və ya malların sayında dəyişiklik etmək mümkündür.

Bundan sonra sifarişinizə nə isə əlavə etmək istəyirsinizsə, "Alış-verişə davam et", bitirmək istəyirsinizsə, "Sifarişi tamamla", onun alışını sonraya saxlamaq istəyirsinizsə, "Yadda saxla" düyməsini basın.

Sifarişi tamamladıqdan sonra malları hansı mağazamızdan əldə edəcəyinizi bildirməlisiniz. Bunun üçün mağazaların siyahısından sizə yaxın və rahat olanı seçin.

1. Mağazadan əldəetmə.
Bu çatdırılma növünü seçmisinizsə, sifariş etdiyiniz malları hansı mağazamızdan əldə edəcəyinizi bildirməlisiniz. Bunun üçün mağazaların siyahısından sizə yaxın və rahat olanı seçin.

 2. Kuryerlə (poçtla) çatdırılma
Mallar sifarişçiyə kuryer və ya poçt vasitəsilə çatdırıla bilər. Bunun üçün siz dəqiq ünvanınızı qeyd etməlisiniz. 

Sifarişi təsdiqlədikdən sonra həmin sifarişlə bağlı bütün məlumatlar e-mail ünvanınıza göndəriləcək və eyni zamanda şəxsi hesabınızda yerləşdiriləcək. Daha sonra “Login” operatoru sizinlə əlaqə saxlayacaq və malların alış vaxtını və yerini dəqiqləşdirəcək