Vinni-Puh - Alan Aleksandr Miln

3.00
Səbətə 0 ədəd əlavə olunub!
Ləğv et və ya Səbətə bax
Səbətə atın
Malın kodu AU 0341
ISBN 9789952244076
Dili Azərbaycan dili
Nəşriyyat Altun Kitab
Seriya Dünya Ədəbiyyatı
Yaş qrupu 8+
Nəşr ili 2019
Səhifə sayı 128
Cildləmə Yumşaq
Ölçüləri 135x195

Qısa
Məlumat

Görkəmli ingilis yazıçısı Alan Aleksandr Miln 1882-ci ildə Londonda dünyaya gəlib. Uşaqlıqda yaxşı təhsil almış, sonra Kembric Universitetini bitirmişdir. Müxtəlif janrlarda əsərlər yazsa da, ona dünya şöhrəti gətirən «Vinni-Puhun nağılları» olmuşdur. Əsərin əsas qəhrəmanları müəllifin oğlu Kristofer Robinlə oyuncaq ayı balası Vinni-Puh, bir də onların oyuncaq dostlarıdır.
Bu qəribə oyuncaqlar meşədə yaşayır, canlı varlıqlar kimi həyatın müxtəlif çətin sınaqlarından çıxırlar. Dərin yumorla yazılmış «Vinni-Puhun nağılları» nəinki uşaqlar, hətta böyüklər tərəfindən də maraqla oxunur. Dünyanın əksər dillərinə çevrilmiş bu əsər əsasında saysız-hesabsız cizgi filmləri çəkilib.
Miln 1956-cı ildə vəfat etsə də, adı «Vinni-Puhun nağılları» sayəsində əbədi yaşayacaqdır.